Uğurlarımız dünyaya səs salanda Avropa İttifaqı öz məkirli siyasətini işə salır - Deputat

11:49 19.12.2025
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın uğurları dünyada səs salanda Avropa İttifaqı öz məkirli siyasətini ortaya qoyur. Avropa Parlamenti faktiki olaraq bu gün Avropanın nə qədər krizis içərisində olduğunun güzgüsüdür”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Səməd Seyidov deyib.

Deputat vurğulayıb ki, Avropa Parlamentində Azərbaycana qarşı qəbul olunan qərəzli qətnamə bu qurumda olan yalan, korrupsiya, ikilistandartları bu dəfə də ortaya qoydu:

“Azərbaycanın cavabı düzgün, kəskin olmalıdır. Biz öz sözümüzü açıq, ən yüksək səviyyədə deyə bilir, həyata keçirə bilirik. Ona görə də bu gün qəbul olunacaq bəyanatın mətni kəskin, qətiyyətli olmalıdır”.

Tahirə Qafarlı